Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Generalların həbsinin səbəbi -

Generalların həbsinin səbəbi -


6-04-2021, 12:46.
title}
Generalların həbsinin səbəbi -


Ləğv edilmiş Milli Təhlkəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəliyecv və Nizami Şirinov həbs edilib. Qeyd edilən şəxslərə qarşı cinayət işi vətəndaşların müraciəti əsasında açılıb.

CivilAzerbaijan.com
bildirir ki, aprelin 6-da Baş Prokurorluq keçmiş Təhlükəsizlik Nazirliyinin bu iki generalının həbsi barədə ətraflı məlumat yayıb.

Belə ki, Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə Mövlam Şıxəliyevin “tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib”.

Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun bu vəzifədə işlədiyi müddətdə “müxtəlif şəxslərdən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək üçün rüşvət almasına, habelə hədə qorxu ilə əmlak və pul tələb edərək mənimsəməsinə” əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şıxəliyev və Nizami Şirinov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir, deyə məlumatda bildirilir.

Xatırladaq ki, adı çəkilən şəxslər Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin başçısı olduğu dövrdə bu qurumda işləyiblər. 2015-ci ildə Mahmudov vəzifədən azad edilib, nazirliyin 21 zabiti isə cinayət əməllərinə görə istintaqa cəlb edilib və həbs edilib.

Bir il sonra Milli Təhlükəsizlik Nazirliyi buraxılıb və xarici kəşfiyyat onun tərkibindən ayrılıb.

Milli təhlükəsizlik Nazirliyində əsl cinayətkar şəbəkənin yaradılmasına baxmayaraq, Eldar Mahmudov heç bir nəticə ilə üzləşməyib və indiyədək bizneslə məşğul olmağa, villalarında yaşamağa davam edir.
Geri qayıt