Əsas Səhifə > Azərbaycan > Azərbaycanda yanacaqdoldurma məntəqəsinə hücum edildi
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə hücum edildi7-04-2017, 13:43. |
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın edənin şəxsiyyəti bilinib. SİVİL.AZ İstipress-ə istinadən xəbər verir ki, basqın rayonun Alar kəndi ərazisindəki məntəqəyə edilib. Ötən gecə saat 03 radələrində kənd ərazisində yerləşən "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk etsə də, rayon polis şöbəsi əməkdaşlarının keçirtdiyi operativ əməliyyat nəticəsində onun kimliyi məlum olub. Bu, elə Alar kənd sakini 1970-ci il təvəllüdlü Hüseynov Əliməmməd Yəhya oğludur. Hazırda həmin şəxsin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir Geri qayıt |