Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Polad Həşimovun qardaşından İranın medalını niyə istəmədikləriylə bağlı

Polad Həşimovun qardaşından İranın medalını niyə istəmədikləriylə bağlı


4-05-2021, 20:06.
title}
Polad Həşimovun qardaşından İranın medalını niyə istəmədikləriylə bağlı


Sosial şəbəkədə İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Seyid Abbas Musəvi və Ayətullah Seyid Əli Xameneyinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejatın general Polad Həşimovun ailəsini ziyarət edərək həyat yoldaşı və övladlarına Qasim Süleymani adına lövhə və medal təqdim etməsi ilə bağlı məlumatlar yayılıb.

CivilAzerbaijan.com
bildirir ki, daha sonra isə generalın ailəsinin bu medalı qəbul etmədiyi ilə bağlı xəbərlər paylaşılıb. Polad Həşimovun bacısı Kəmalə Həşimova “Feysbuk”un şərh bölməsində medalı şəhidin həyat yoldaşının aldığını, onların isə qəbul etmədiyini yazıb.

ABŞ-ın Virciniya ştatında yaşayan iranlı (güney azərbaycanlı) mühacir Elyaz Yekənli məsələ ilə bağlı Polad Həşimovun anası və qardaşı ilə video-söhbət edib.

Söhbət zamanı Polad Həşimovun qardaşı İlham Həşimov baş verən hadisənin təxribat olduğunu deyib: “Bizim xəbərimiz olmadan bu medalı uşaqlara təqdim ediblər. Mənim, anamın və bacımın məsələdən xəbərimiz olmayıb. Bu, qurma işdir. Bir neçə ay öncə bənzər bir hadisə olmuşdu. Mən onunla bağlı müvafiq qurumlara şikayət etmişdim ki, bu hadisənin qarşısını alsınlar. Lakin qurum belə bir səlahiyyətinin olmadığını bildirmişdi. Hazırda isə bunun fəsadlarını yaşayırıq. Bu, İran kəşfiyyatının buradakı səfirliyinin əli ilə törədilmiş təxribatdır”.

Toplum TV-nin məlumatında qeyd olunur ki, İlham Həşimov medalı qəbul etməməsinin səbəbini İranın Qarabağ müharibələrində tutduğu mövqe ilə izah edib: "Biz həm 90-cı illərdə, həm də indiki müharibədə İranın hansı mövqedə olduğunu bilirik. Onsuz da aidiyyatı qurumlara bir gün vaxt vermişik ki, məsələni aydınlaşdırsınlar".
Geri qayıt