Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > BNA-dan növbəti şübhəli tender - Dövlət büdcəsi necə dağıdılır?
BNA-dan növbəti şübhəli tender - Dövlət büdcəsi necə dağıdılır?29-05-2021, 19:21. |
Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC "İveka” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 374 994.86 AZN təşkil edən müqavilədə "BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün azqiymətli ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İveka” MMC 17 may 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, yaşayış sahəsi D (Yeni Günəşli qəsəbəsi), ev 9, mənzil 31-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xəlilov Fərid Əmrağa oğludur. Açıq mənbələrdə Fərid Xəlilov və "İveka” MMC barəsində hər hansı bilgi yoxdur. Araşdırmalar zamanı isə bəlli olub ki, "İveka” MMC "BakuBus” MMC-nin sevimli şirkətidir. 2018-ci ildə "BakuBus” MMC sözügedən şirkətlə maliyyə dəyəri 449 464.40 AZN olan müqavilə imzalayıb. Müqavilədə ehtiyat hissələri və mal-materialların satın alınması nəzərdə tutulub. İki il sonra, yəni 2020-ci ildə "BakuBus”la "İveka” arasında 517 010.69 AZN dəyərində müqavilə bağlanıb. Bu müqavilə də azqiymətli ehtiyat hissələrinin və mal-materialların satın alınması ilə bağlı olub. Maraqlıdır ki, ötən il ehtiyat hissələrinə yarım milyondan artıq pul xərcləyən "BakuBus” bir il sonra yenidən ehtiyat hissələri almağa ehtiyac duyub və dövlət büdcəsindən 374 994.86 AZN "İveka”ya ötürülüb. HİT.Az-ın məlumatına görə, mediada BNA və ona tabeli qurumların tenderləri barədə tənqidi materialların sayı-hesabı yoxdur. Həmin materiallardan aydın olur ki, qurumun keçirdiyi satınalma müsabiqələri qanunsuzluq və maxinasiyalarla müşayiət olunur. Geri qayıt |