Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > ABŞ Dövlət katibinin köməkçisi Filip Riker Bakıya gəlir -
ABŞ Dövlət katibinin köməkçisi Filip Riker Bakıya gəlir -5-06-2021, 13:46. |
Mənbə: RAJONIPRESS.COM ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bu həftə sonu Cənubi Qafqaz ölkələrini ziyarət edəcək. Turanın Vaşinqton müxbiri xəbər verir ki, səfərin məqsədi bölgə ölkələri ilə müttəfiqlik əlaqələrini təsdiqləməkdir. CivilAzerbaijan.com bildirir ki, Dövlət Departamentinin cümə günü verdiyi məlumata görə, 6-13 iyun tarixlərində Riker "ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etmək" üçün Tbilisi, Bakı və Yerevana səfər edəcək. Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə görüşərək Gürcüstanın siyasi partiyaları arasında 19 aprel razılaşmasının tam həyata keçirilməsini, habelə Rusiyanın Gürcüstana qarşı davamlı təcavüzünü və işğalını müzakirə edəcək. Habelə, "Riker, Ermənistan və Azərbaycanda ikitərəfli prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə etmək üçün hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək". Keçən ay Riker Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə iki ölkə arasında artan gərginliklər fonunda sərhəd vəziyyətini müzakirə edib. Geri qayıt |