Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha

Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha


24-06-2021, 15:34.
title}
Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, iyunun 24-də Azərbaycandan göndərilmiş daha 6 şikayət üzrə 3 qərar elan edib.

CivilAzerbaijan.com
bildirir ki, qərara əsasən, Azərbaycan hökuməti ərizəçilərin hər birinə təzminat ödəməlidir.

“Abbasov və başqaları Azərbaycana qarşı” işdə 4 ərizəçi yerli məhkəmə qərarlarının icra edilməməsi və ya icranın yubanmasından şikayət etmişdilər.

Kommunikasiya zamanı hökumət AİHM-ə şikayətlərdəki iddiaları qəbul edib. Təklif edib ki, ərizəçilərə təzminat ödənilməsi qarşılığında şikayətlər baxılacaq işlərin siyahısından çıxarılsın.

Məhkəmə hökumətin təklifi barədə ərizəçiləri bilgiləndirib. Ərizəçilərdən yalnız E.Abbasov təklifdən imtina edib, digərləri məhkəməyə cavab verməyib. Yekunda AİHM hökumətin təklifini qəbul edərək, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Qərara əsasən, hökumət 3 ay ərzində E.Abbasova 3850 avro, A.Nağıyevə 1800 avro, Ə.Bəkirova 1200 avro, Z.Əliyevaya 3850 avro təzminat ödəməlidir.

Bu qərarda əhatə edilən işlərdə ərizəçilər mülki iddialarla məhkəmə davası açmışdılar, ancaq məhkəmə iddialara ərizəçilərin iştirakı olmadan baxmış, məhkəmə prosesinin vaxtı və yeri barədə onları bilgiləndirməmişdi. Onların xeyrinə çıxarılan qərarlar icra edilməmişdi.

“Elşən Əliyev Azərbaycana qarşı” iş isə ərizəçinin ölkədən çıxışına yasaq qoyulması ilə bağlı idi.

Ərizəçi iddia edirdi ki, onun hərəkət azadlığı hüququ və şikayətlərinə baxılarkən səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna yol verilib. Bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat və hüquqi xərc və məsrəflərə görə 1000 avro ödməlidir.

“Zülfüqar İbrahimov Azərbaycana qarşı” işdə isə ərizəçi yerli məhkəmələrin həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsi, onun girov qarşılığında sərbəst buraxılması tələbini rədd etdiyini bildirirdi.

Meydan TV-nin məlumatına görə, o iddia edirdi ki, azadlıq və toxunulmazlıq hüququna müdaxilə olub. Bu işdə ərizəçinin vəkili AİHM-i hökumətin təklif etdiyi 3500 avro təzminatın qarşılığında iddiadan imtina etdikləri barədə bilgiləndirib.

Məhkəmə də ərizənin baxılacaq işlərin sırasından çıxarılmasına qərar verib.
Geri qayıt