Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Əbülfəz Elçibəyi anım aksiyası keçirilib -

Əbülfəz Elçibəyi anım aksiyası keçirilib -


24-06-2021, 17:14.
title}
Əbülfəz Elçibəyi anım aksiyası keçirilib -


Bu gün mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 83-cü illiyi qeyd edilib.

CivilAzerbaijan.com
bildirir ki, Elçibəyin çoxsaylı tərəfdarları, müxalifətdə olan siyasi partiya liderləri, vətəndaş cəmiyyəti təşkilatları, ziyalılar, ictimaiyyət nümayəndələri onun məzarını ziyarət ediblər.

Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin qurucusu və ilk sədri olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, nəhayətdə Məhəmməd Əmin Rəsulzadə, Elçibəy, Atatürk ideyaları qalib gələcək. O, iqtidarı Elçibəy ideyalarına qarşı olmamağa çağırıb.

“Əbülfəz Elçibəy öz nümunəsi ilə bir məktəb yaradıb. O məktəbdə xalqımızı təmənnasız sevməyi öyrədiblər. Xalqdan heç zaman inciməməyi, xalqdan heç zaman qarşılıq gözləməməyi öyrədiblər. Əbülfəz Elçibəyin gerçək ardıcılları, gerçək cəbhəçilər heç zaman xalqdan küsmür. Heç zaman öz mübarizələrinə görə xalqdan qarşılıq gözləmirlər. Hər zaman xalqı haqlı bilirlər. Əbülfəz Elçibəy Azərbaycan tarixinin nəhəng təşkilatı olan Xalq Cəbhəsinin sağlam təməllər üzərində qurulmasını təmin etdi. Azərbaycan Xalq Cəbhəsi Partiyası sağlam təməllər üzərində qurulduğuna görə on illərlə davam edən reprerssiyalara sinə gərə bildi. Azərbaycan Xalq Cəbhəsi Partiyası imkan vermədi ki, Azərbaycan Türkmənistanlaşsın. Əbülfəz Elçibəy demokratiyanın toxumlarını Azərbaycan cəmiyyətinə elə ürəkdən səpib ki, o toxumları yığışdırmağı kimsə bacara bilməz. Bütün bunların hamısı Azərbaycanımızın sabahına ümidi, inamı artırır. Biz, Əbülfəz bəyin özündən nümunə götürərək Azərbaycanın sabahı ilə bağlı bədgüman olmadıq. Onun gerçək ardıcılları oalaraq, onun əqidəsinə, onun getdiyi yola sədaqət göstərən insanlar olaraq bir gün də inamımızı itirmədik. Azərbaycan haqq etdiyi o ucalığa qovuşacaq. Torpaqlarını da axıradək azad edəcək, demokratiyasını da quracaq. Vətəndaşına da sahib çıxacaq. Ayaqlar altında tapdalanan ədaləti də, azadlığı da başının üzərinə qaldıracaq. O zaman biz yenidən Elçibəyin məzarı başına gəlib ona hesabat verəcəyik”, - Əli Kərimlıi qeyd edib.

Müsavat Partiasının başqanı Arif Hacılı deyib ki, ötən əsrin əvvəlində Rəsulzadənin liderıiyində qurulan Azərbaycan dövləti, əsrin sonunda Elçibəyin liderliyində bərpa edilib.

“Elçibəy də Rəsulzadə kimi, yalnız Azərbaycanın istiqlalı üçün yox, həm də demokratik, hüquqi dövlətin qurulması üçün çalışıb. Rəsulzadənin davamçısı olan Elçibəy özünü Atatürkün əsgəri adlandırıb. Atatürk mövhumatçı cəmiyyəti olan ölkədə sivil dünyəvi bir dövlət qurdu. 50 milyonluq Azərbaycan xalqının birlik, bərabərlik simvolu, istiqlalçılıq, türkçülük, azərbaycançılıq, azad insan, azad cəmiyyət simvolu olan Elçibəyi, məhz bu xüsusiyyətlərinə görə hədəf seçənlərdən qorumaq Azərbaycan vətənsevərlərinin borcudur”, - o qeyd edib .

Elçibəy hökumətinin baş naziri olmuş Pənah Hüseyn bildirib ki, bu il Elçibəyin doğum günü “Demokratiyanın alternativi yalnız demokratiyadır!” şüarı ilə keçirilir.

İsa Qəmbər Elçibəy hökuməti dönəmində parlamentin sədri olub. O deyib ki, Əbülfəz Elçibəy bütün türk dünyasının, böyük azərbaycan ailəsinin hər bir üzvünün sevimlisidir. İsa Qəmbər hazırki iqitidarın Elçibəylə bağlı fikrilərinin qəbuledilməz olduğunu deyib.

“Elçibəy türk dünyasının, hər bir azərbaycanlının sevimlisi olduğundan ona qarşı mübarizə aparırlar. 28 ildir hakimiyyətə gəliblər. Bunların mübarizəsinə baxmayaraq, Rəsulzadə-Elçibəy yolu qalib gələcək”, - o qeyd edib.

Əjdər Tağızadə İran Azərbaycanında anadan olub. O, “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədridir. Tağızadə hesab edir ki, Əbülfəz Elçibəy bütöv Azərbaycanın ideya rəhbəridir. Onun fikrincə, Rusiya işğalçıdır. Amma çalışsa da Azərbaycanı işğal edə bilməz.

“Bir gün gələcək, biz istəsək də, istəməsək də o gün gələcək. Azərbaycanın güneyindən, Dərbənddən, Borçalıdan olan yüz minlərlə insan Rəsulzadə, Elçibəy, Atatürk deyəcək”, - o qeyd edib.

Banuçiçək Yusifli Əbülfəz Elçibəyi ziyarət edənlər sırasındadır. O, Elçibəy ideyalarının gənclər üçün də önəmli olduğunu bildirib, Turanını məlumatında qeyd olunur.


Geri qayıt