Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ramin Hacılı həbs olunub

Ramin Hacılı həbs olunub


11-07-2021, 16:06.
title}
Ramin Hacılı həbs olunub


Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

“Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - prokurorluqdan bildirilib.

Meydan TV-nin başqa bir mənbədən əldə etdiyi məlumata görə, Ramin Hacılı mühacirətə gedən şəxslərlə bağlı cinayət işi üzrə təqsirləndirilir. İddia olunur ki, Ramin Hacılı mühacir kimi xarici ölkələrə getmək istəyənlərə kömək etmək, bu məqsədlə onlar üçün saxta sənədlər hazırlamaq adıyla onlardan pul alıb.

Ramin Hacılının bir müddət əvvəl Almaniyadan deportasiya olunmuş Azərbaycan vətəndaşlarının ifadəsi əsasında cinayət məsuliyyətinə cəlb olunduğu, onun Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə) maddələrilə ittiham edildiyi bildirilir.

Mənbə bildirir ki, Ramin Hacılı ilə yanaşı, daha bir neçə nəfər də bu cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Ramin Hacılı bundan öncə sərhədi qanunsuz keçməkdə təqsirləndirilərək, həbs olunmuşdu.
Geri qayıt