Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan Ordusunun zabiti özünü güllələyib -

Azərbaycan Ordusunun zabiti özünü güllələyib -


13-07-2021, 13:56.
title}
Azərbaycan Ordusunun zabiti özünü güllələyib -


Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə iyulun 13-də Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

* * *

Hadisə ilə bağlı Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Açıqlamada deyilir ki, iyulun 12-də Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
Geri qayıt