Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycanda karantin rejimi sərtləşdirildi, COVİD-pasport məcburidir
Azərbaycanda karantin rejimi sərtləşdirildi, COVİD-pasport məcburidir26-07-2021, 17:18. |
İyulun 26-da Nazirlər Kabineti qərar qəbul edib. Qərara əsasən Azərbaycanda karantin rejimi sərtləşdirilir. CivilAzerbaijan.com bildirir ki, qərarə görə bu il sentyabrın 1-dən dövlət qurumlarının və bir sıra digər müəssisələrin əməkdaşlarının 80 faizi koronavirus peyvəndinin ilk dozasını, oktyabrın 1-dən isə ikinci dozanı vurdurmuş olmalı, ya da COVİD-19-dan immunitetin olması haqda sertifikata malik olmalıdır. Bu tələb kommunal strukturların işçilərinə aiddir: elektrik, qaz, istilik, su təchizatı, zibillərin yığılması və emalı; nəqliyyat, logistika və kommunikasiya sektoru; dəniz, hava və yük daşımaları, o cümlədən taksi; poçt və kuryer xidməti; telekommunikasiya və rabitə; sosial xidmətlər, ticarət və iaşə; yemək hazırlanması və çatdırılması; turizm sahəsi, mehmanxanalar, turizm agentlikləri; maliyyə və sığorta sahələri; poliqrafiya, xidmət və bütün növ avadanlıq, avtomobil və maşın, eləcə də ev texnikası və kompüterlərin təmiri; memarlıq və layihələndirmə sahələri; reklam; təhsil, tərcümə, dizayn, foto işləri; yaşayış evlərinə xidmət, dezinfeksiya, xalçaların yuyulması, bərbərxana və dərzi; baytarlıq xidməti. Orta- ixtisas müəssisələrinin 18 yaşdan yuxarı bütün şagirdləri 1 sentyabrdan COVİD-19 pasportuna sahib olmalıdırlar. Geri qayıt |