Əsas Səhifə > Azərbaycan / Melange / Manşet > Məhkəmə Əli Həsənovun dindirilməsi məsələsinə baxacaq

Məhkəmə Əli Həsənovun dindirilməsi məsələsinə baxacaq


21-08-2021, 14:44.
title}


Avqustun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

CivilAzerbaijan.com
bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəkil Cavanşir Süleymanov Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun, onun oğlu Şamxal Həsənovun və baldızı Gülər Vəliyevannı məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.

Vəsatəti baxılmamış saxlanılıb, Azər Paşayev vəsatətə növbəti proseslərdə münasibət bildirəcəyini qeyd edib, Turanın məlumatında qeyd olnur.

Prosesdə ittiham aktı elan olunub. Sənədə görə, KİVDF ofis məqsədilə icarəyə götürülmüş sahə üçün maya dəyərindən artıq pul köçürülüb və bu məbləğ hər ay üçün 12 min 800 manat təşkil edib.

Bundan əlavə ittihamda deyilir ki, Vüqar Səfərlinin göstərişi ilə "Futbol+Qol" qəzetinin buraxılışları üçün həyat yoldaşı Günel Səfərlinin hesabına 229 min manat vəsait köçürülüb.

Sənəddə həmçinin bildirilir ki, Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanma və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını bildirib.

Növbəti proses sentyabrın 3-ə təyin edilib.
Geri qayıt