Əsas Səhifə > Azərbaycan / Melange / Üst manşet > Seçiciləri Cavanşir Feyziyevdən imtina edir, onunla görüşmək istəmir
Seçiciləri Cavanşir Feyziyevdən imtina edir, onunla görüşmək istəmir24-08-2021, 13:57. |
Son günlər deputat Cavanşir Feyziyevin seçiciləri ilə görüşləri barədə mediada ardıcıl xəbərlər tirajlanır. Məsələn, deputatın köməkçisi Günel İsmayılova deyir ki, növbəti belə bir görüş Şəkinin Baş Zəyzid və Orta Zəyzid kəndlərində keçirilib: "Kənd sakinləri ilk növbədə Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə ölkə başçısı Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər və hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini dəstəklədiklərini ifadə ediblər. Kənd sakinləri ilə görüşdə deputat kəndlərdə peyvəndləmə kampaniyası ilə maraqlanıb, Covid-19 virusuna qarşı dövlətin apardığı siyasətin ardıcıllığından və uğurundan danışıb. Deputat bütün sakinləri Operativ Qərargah tərəfindən qoyulan qaydalara ciddi riayət etməyə və hamılıqla peyvənd vurdurmağa çağırıb. Kənd sakinləri onları narahat edən məsələləri də deputatla müzakirə ediblər. 90-cı illərdə aparılmış torpaq islahatı nəticəsində dövlət tərəfindən əvəzsiz olaraq sakinlərə verilmiş pay torpaqlarını əkib-becərməklərinə baxmayaraq hələ də sənədləşdirə bilmədiklərini diqqətə çatdırıblar". Sakinlər isə əksini deyirlər. Mətbuata danışan seçicilər bildiriblər ki, əslində, deputatın görüşləri formal və görüntü xarakteri daşıyır. Bildirilir ki, onun bir neçə kənddə görüşü isə icra hakimiyyəti tərəfindən təşkil edilib: "Deputat Cavanşir Feyziyevin seçicilərlə görüşməyə üzü yoxdur, çünki bu adamın indiyə qədər öz seçicisi üçün gördüyü normal bir olmayıb. Əslində, seçicilər onunla görüşməkdən imtina edirlər, çünki bilirlər ki, tələb və təklifləri icra olunmayacaq. Ona görə də belə formal görüşlər, sadəcə, görüntü üçündür". Seçicilərdən bir neçəsi deyir ki, Cavanşir Feyziyevin görüşlərinin belə ardıcıl təşkil edilməsi payızda gözlənilən növbədənkənar seçkilərlə bağlı ola bilər: "Qorxur və narahatdır. İstəyirdi ki, Parlamentdə vitse-spiker olsun, alınmadı. İndi də düşünür ki, gələcəkdə ümumiyyətlə mandatını itirə bilər". 115 saylı Şəki Seçki Dairəsindən olan seçicilər növbəti seçkilərdə də Cavanşir Feyziyevə səs verməyəcəklərini deyiblər. Deputatın özü və köməkçisi Günel İsmayılovadan iddialara münasibət öyrənmək mümkün olmayıb. Geri qayıt |