Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Qarabağda həbs edilmiş Azərbaycanlı hərbiçidən XƏBƏR VAR

Qarabağda həbs edilmiş Azərbaycanlı hərbiçidən XƏBƏR VAR


3-09-2021, 16:40.
title}


Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı general Rüstəm Muradov sentyabrın 3-də Qarabağda həbsdə olan Azərbaycanlı hərbi qulluqçu Cəmil Babayevə baş çəkib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Ermənistan KİV-i sülhməramlıların qərargahına istinadla məlumat yayıb.

“Muradov Babayevin saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanış olub. Babayevin xahişi ilə ona doğmaları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılıb”, deyə məlumatda bildirilir.

Turanını xəbərində qeyd olunur ki, Cəmil Babayev avqustun 25-də Ağdərə (Martakerd) şəhərində girdiyi evdə saxlanılıb. Ermənistan tərəfin versiyasına görə, o, yemək və siqaret istəyib. Evdə olan şəxslər polis çağırıblar.

Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi Babayevin Gəncədəki hospitalın psixiatriya bölməsini özbaşına tərk edərək Qarabağa getdiyini bildirib. Hazırda onun barəsində həm erməni separatçılar, həm də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.
Geri qayıt