Əsas Səhifə > Azərbaycan / Melange / Üst manşet > Tərtərlilər icra başçısı Müstəqim Məmmədovu kənddən qovdular

Tərtərlilər icra başçısı Müstəqim Məmmədovu kənddən qovdular


9-09-2021, 19:43.
title}


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər dəfə olduğu kimi yenə də sakinlərin etirazı ilə qarşılaşıb.

Demokrat.az xəbər verir ki, bu dəfə hadisə rayonun Seydimli kəndində baş verib.

Məlumata görə, 44 günlük II Qarabağ müharibəsində evləri yararsız halda olan kənd sakinləri ilə görüşə gələn icra başçısı sakinlərinin səsləndirdiyi suallar qarşısında aciz qalıb və onlara heç bir problemlərinin həll olunmayacağını bildirib.

İcra başçısı ilə sakinlər arasında qalmaqal yaşanıb.

Bundan hiddətlənən kənd sakinləri isə icra başçısı Müstəqim Məmmədovu kənddən qovublar.

Həmin görüntüləri sizlərə təqdim edirik:


Geri qayıt