Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İran səfirinin son üç gün ərzində Hikmət Hacıyevlə ikinci görüşü - SƏBƏB
İran səfirinin son üç gün ərzində Hikmət Hacıyevlə ikinci görüşü - SƏBƏB16-09-2021, 16:54. |
Sentyabrın 15-də Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin İran səfiri Seyid Musavi ilə ikinci görüşü olub. CivilAzerbaijan.com bildirir ki, ilk görüş sentyabrın 13-də keçirilib. Həmin vaxt görüşün məzmunu haqqında ictimaiyyətə konkret heç bir açıqlama verilmədi. Lakin aydın idi ki, söhbət Bakının etirazına rəğmən, Qarabağa yanacaq daşıyan yük maşınlarından gedib. Səfirlə ilk görüşdən sonra vəziyyət dəyişməyib və iranlılar Qarabağa getməkdə davam ediblər. Sentyabrın 15-də azərbaycanlı hərbçilər iki iranlı sürücünü faktiki olaraq həbs edərək onların məsuliyyətə cəlb ediləcəyini bildiriblər. Turanını məlumatına görə, şübhə yoxdur ki, İran səfiri ilə son söhbətin mövzusu da məhz bu vəziyyət olub. Səfirin özünə gəlincə, Tvitterdəki hesabında yazıb: "İsti diskussiyalarımız zamanı cari vəziyyəti və gələcək xoş münasibətlərimizi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri nəzərdən keçirdik". Geri qayıt |