Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > Gənc icra başçısı Tahir Məmmədovun dəbdəbəli villasının görüntüləri yayılıb - FOTOLAR
Gənc icra başçısı Tahir Məmmədovun dəbdəbəli villasının görüntüləri yayılıb - FOTOLAR24-09-2021, 16:54. |
Azərbaycanda məmurların böyük əksəriyyətinin dəyəri on milyonlarla ölçülən biznesə, malikanələrə, obyektlərə sahib olması barədə yerli və beynəlxalq mediada dəfələrlə yazılıb. Aylıq məvacibləri 1500-2000 manat olan bu məmurların milyonluq sərvətləri dövlətdən aldıqları maaş hesabına əldə etmələri, əlbəttə ki, mümkün deyil. Qlobal.az-ın əldə etdiyi məlumata görə özünə yeni dəbdəbəli malikanə tikdirən məmurlarlardan biri də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovdur. Tahir Məmmədovun qısa zaman ərzində Şamaxı şəhərində inşa etdirdiyi villanın dəyərinin 300-400 min manat arasında olduğu deyilir. Bu villanın 5 metrə yaxın hündürlüyü olan hasarına 30-40 min manat xərc çəkildiyi deyilir. Şamaxı Rayon İcra Hakimiyyətinə 2018-ci ilin oktyabr ayından başçılıq edən Tahir Məmmədovun bu 3 il ərzində bu qədər sərvəti hansı yolla əldə etməsi ortaya bir sıra suallar çıxarır. Şamaxı Rayon İcra Hakimiyyəti xəbərə münasibət bildirməyib. Geri qayıt |