Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişdi

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişdi


25-09-2021, 19:08.
title}


General-leytenant Gennadi Anaşkin Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib.

CivilAzerbaijan.com
bildirir ki, məlumatı "Sputnik-Armenia" yayıb.

Gennadi Anaşkinin sentyabrın 25-də Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin ilk komandanı vəzifəsinə Rüstəm Muradov olub. O, iki həftə öncə missiyasını başa vurub, qısa müddət üçün bu vəzifədə onu general-mayor Mixail Kosobokov əvəz etdi.

Gennadi Vladimiroviç Anaşkin 1969-ci ildə Samara şəhərində doğulub. 1987-ci ildə orduya çağırılıb, hərbi xidmətini Almaniyada keçib. O, Ryazan Ali Hava-Desant Komanda Məktəbini bitirib. 1998-ci ildən etibarən 116-cı əlahiddə paraşüt-desant batalyonunda xidmət edib, bölüyə komandirlik edib.

1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər G.Anaşkin keçmiş Yuqoslaviyada xidmət edib, Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində paraşüt-desant batalyonuna komandirlik edib.

G.Anaşkin 2003-cü ildə Rusiya SQ-nin Ümumqoşun Akademiyasını bitirib.Birinci və İkinci çeçen müharibələri zamanı Çeçenistanda ezamiyyətdə olub.

2007-ci ilin iyunundan 104-cü qvardiya desant-hücum alayına (76-cı qvardiya desant-hücum diviziyası) komandirlik edib. Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ilin avqustunda Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.
Geri qayıt