Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Anar Abdullayev həbs olunub - QƏRAR

Anar Abdullayev həbs olunub - QƏRAR


6-10-2021, 17:46.
title}


Jurnalist Anar Abdullayev 15 sutka inzibati həbs cəzası verilib. Oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

CivilAzerbaijan.com
bildirir ki, qərara əsasən, Anar Abdullayev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

Jurnalistlər məhkəmə prosesinə buraxılmayıb. Meydan TV-nin əldə etdiyi məlumata görə, jurnalist məhkəmədə həm xırda xuliqanlıq, həm də polisə tabesizlik ittihamını rədd edib. O bildirib ki, polis bölməsində haqqında tərtib olunmuş və məhkəməyə təqdim olunan inzibati xəta protokolunda yazılanlar həqiqətə uyğun deyil. O, oktyabrın 5-də polis bölməsinə çağrılıb və könüllü şəkildə gedib.

Məhkəmə binasına polis əməkdaşlarının müşayiətilə qandallı vəziyyətdə gətirilən jurnalist maşından düşürülüb binaya aparılarkən dünəndən saxlandığı polis idarəsində zorakılığa məruz qaldığını deyib.

Anar Abdullayevin yaxınları qərarın əsassız olduğunu və apelyasiya şikayəti veriləcəyini bildirib: “İki dəfə polislər evə gəlmişdi, Anar evdə olmamışdı. O, evə gələndə bunu bildi və polis idarəsinə getdi. Amma gələnlər səbəbi deməmişdilər”.

Jurnalist Nərimanov rayonu, 18-ci polis bölməsinə gedəndən bir müddət sonra ailə üzvlərindən telefonunun gətirilməsi tələb olunub. Yaxınları Anar Abdullayevin “Facebook” hesabından yazdığı fikirlərə görə cəzalandırıldığını deyir.

Anar Abdullayev bugünlərdə ölkədə qiymət artımına etiraz olaraq, belə bir status paylaşmışdı: “İcra başçıları İlhama “atır”, İlham da faturasını bizə kəsir...”

Meydan TV-nin məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyindən təzyiqlərlə bağlı deyilənlər təkzib olunub.
Geri qayıt