Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Rusiya sülhməramlılarından Azərbaycanın avtomobil karvanına atəş açılması haqqında AÇIQLAMA
Rusiya sülhməramlılarından Azərbaycanın avtomobil karvanına atəş açılması haqqında AÇIQLAMA15-10-2021, 12:56. |
“Oktyabrın 3-də Sərsəng su anbarı yaxınlığında Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müşaiyəti ilə Madagiz-Getavan-Vank marşrutu ilə hərəkət edən tikinti texnikası karvanına atəş açılıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Rusiya sülhməramlı kontingendinin rəhbərliyi hər iki tərəfin nümayəndələri ilə birlikdə atəşkəs rejiminin pozulması faktını araşdırır”. CivilAzerbaijan.com bildirir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin informasiya bülletenində deyilir. İndiyədək Ermənistan tərəfi bu faktı inkar edir, atəş açılmadığını iddia edirdi. Xatırladaq ki, Azərbaycan hərbi polisinin “Niva” avtomobili atəşə məruz qalıb. Turanın məlumatına görə, hadisə Qozlu Körpü yaşayış məntəqəsi yaxınlığında baş verib. Geri qayıt |