Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > İran İlham Əliyevə “şeytanın qurduğu tələlər” barədə xəbərdarlıq edib
İran İlham Əliyevə “şeytanın qurduğu tələlər” barədə xəbərdarlıq edib16-10-2021, 14:44. |
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İranın Qafqaz vasitəsilə narkotrafika bağlı olması barədə Azərbaycan prezidenti İlham Əliyevin ittihamlarını şərh edib. CivilAzerbaijan.com bildirir ki, bubarədə İRNA məlumat yayıb. Agentliyin məlumatına görə, Azərbaycan prezidenti bu ittihamları Müstəqil Dövlətlət Birliyi ölkələrinin toplantısında səsləndirib. “Ötən il Azərbaycan İranın dövlət sərhəddinin yaxınlığındakı və 30 il Ermənistanın nəzarətində olan 130 kilometrlik yola öz nəzarətini bərpa etdikdən sonra Cəbrayıl vasitəsilə (Crakan) İrandan Ermənistana və Avropaya narkotrafiki dayandırıb”, - oktyabrın 15-də Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının toplantısında bildirib. "Qonşuların prinsip və tələblərinə məhəl qoymamaq, yalan və qeyri-konstruktiv bəyanatlar düzgün və sağlam düşüncə əlaməti deyil. Beynəlxalq birliyin narkotiklərlə mübarizənin qəhrəmanı kimi tanıdığı ölkəyə qarşı ittihamların natiqin sözlərini gözdən salmaqdan başqa heç bir effekti yoxdur", - Şamxani Tvitter-də yazıb. O, Əliyevə "şeytanın qurduğu tələlər" barədə xəbərdarlıq edib Turanın xəbərində qeyd olunur ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə də Müstəqil Dövlətlər Birliyinin toplantısında Əliyevin İrana qarşı yeni bəyanatlarını rədd edib. "Bu cür ittihamlar ancaq İsrailin maraqlarına xidmət edir ki, bu da İran və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinin pisləşməsinə yönəlib", - Xatibzadə vurğulayıb. Geri qayıt |