Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > ADY-nın sədri Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları - SİYAHI
ADY-nın sədri Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları - SİYAHI30-10-2021, 12:55. |
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a məlumat daxil olub. Civilzaerbaijan.com bildirir ki, məlumatda Cavid Qurbanovun ailə üzvləri və yaxın qohumlarının siyahısı yer alıb. Həmin siyahını təqdim edirik: "Azercon Group Limited" şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov - Cavid Qurbanovun atası; "Baghlan Groupe" şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli - Cavid Qurbanovun oğlu; Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli - Cavid Qurbanovun qardaşı; Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev - Cavid Qurbanovun əmisi nəvəsi; Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov - Cavid Qurbanovun yaxın qohumu; Nəqliyyatda Baş Polis İdarəsinin yüksək vəzifədə çalışan Əkbər Şəmşirli - Cavid Qurbanovun qardaşı oğlu; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov - Cavid Qurbanovun qardaşı; "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov - Cavid Qurbanovun qohumu və ən yaxın adamı; "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov - Cavid Qurbanovun yaxın qohumu; "KDY logistics" şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov - Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur; Vəsilə Abdulova - Cavid Qurbanovun himayəsində olan "TOPAZ"- qumar biznesinə rəhbərlik edir. Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov - Cavid Qurbanovun əmisi oğlu. 2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır. Geri qayıt |