Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya sülhməramlıları Xocalıda kilsə tikiblər - KİM İCAZƏ VERİB?
Rusiya sülhməramlıları Xocalıda kilsə tikiblər - KİM İCAZƏ VERİB?10-11-2021, 19:15. |
"Dağlıq Qarabağda Xankəndi yaxınlığındakı rus hərbi şəhərciyi ərazisində ilk pravoslav kilsəsi açılıb". Civilazerbaijan.com bildirir ki, bu barədə çərşənbə günü TASS-ın müxbiri məlumat verib. Təntənəli açılış mərasimində Cənub hərbi dairəsi qoşunlarının komandanı Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər. "Çox təəssüf ki, Qarabağda rus kilsələri qalmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən məhv edilib və bu səbəbdən tikilmiş Rus Pravoslav Kilsəsi dini, tarixi əhəmiyyət qazanır", deyə mərasimdə "Stepanakert rus icmasının sədri" Aleksandr Bodrov bildirib. Kilsənin məhz harada yerləşdiyi açıqlanmır. Amma bir müddət əvvəl Xocalı aerodromu yaxınlığındakı ərazidə kilsə tikildiyi barədə məlumat yayılmışdı. Bu kilsənin kimin tabeliyində olacağı - Bakı Yeparxiyasının tabeliyində olub-olmayacağı da aydın deyil. Turan İnformasiya Agentliyinin xəbərində qeyd olunur ki, kilsənin tikintisinə kimin icazə verdiyi və rəsmi Bakının bu tikintiyə razılıq verib-vermədiyi barədə də məlumat yoxdur. Geri qayıt |