Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Geyim satan şirkət abadlıq işləri görəcək - Bərdə İcra Hakimiyyətinin milyonluq müəmmalı tenderi
Geyim satan şirkət abadlıq işləri görəcək - Bərdə İcra Hakimiyyətinin milyonluq müəmmalı tenderi12-11-2021, 17:15. |
Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə Şəhər üzrə Nümayəndəliyi yolların əsaslı təmiri və abadlıq işlərinin aparılması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub. Civilazerbaijan.com bildirir ki, müsabiqənin qalbi "Koneks Construction” MMC-dir. Qurum yolların əsaslı təmiri ilə bağlı şrkətə 494 086.19 AZN, abadlıq işslərinin aparılması ilə bağlı isə 625 471.08 AZN ödəyəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. Şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrəsi var. Maraqlıdır ki, yolların təmiri və abadlıq işlərini həyata keçirən şirkət həm də geyim satışı ilə məşğuldur. Məsələn, Xətai rayon MKTB iyun ayında da "Koneks Constructions” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 80 499.6 AZN olan müqavilədə yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur. Qaynarinfo-nun xəbərinə görə, şirkətin yaranma tarixi də müəmmalıdır. Açıq mənbələrdə qeyd edilir ki, "Koneks Construction” MMC 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə yarandığı qeyd edilib. 2019-cu ildə yaranan şirkətin 2016-cı ildən necə fəaliyyət göstərdiyi barədə sualın cavabı isə açıq qalır. Qeyd edək ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. Geri qayıt |