Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Kəlbəcər istiqamətində təxribat: ATIŞMA GEDİR

Kəlbəcər istiqamətində təxribat: ATIŞMA GEDİR


13-11-2021, 19:26.
title}


Noyabrın 13-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın mövqelərini atəşə tutması barədə məlumat yayıb.

Civilazerbaijan.com
bildirir ki, məlumata görə, "Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub".

Xəbərdə qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür və hazırda bu istiqamətdə atışma davam edir.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır" nazirliyin məlumatında vurğulanır.

Azadlıq Radiosunun xəbərində qeyd olunur ki, hələki bu məlumatla bağlı Ermənistanın Müdafiə Nazirliyinin hər hansı bir açıqlaması yoxdur.
Geri qayıt