Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP üzvü Aqil Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib

AXCP üzvü Aqil Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib


15-11-2021, 17:57.
title}


Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun işi üzrə prosesdə hökm elan edilib.

Civilazerbaijan.com
bildirir ki, məhkəmə onu silahlı hücum ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

Hümbətov ittihamı rədd edərək ona qarşı təxribat təşkil edildiyini və heç kimə hücum etmədiyini bildirib. Müxalifətçi cinayət işini Azərbaycan rəhbərliyini tənqidə görə "qisas" kimi qiymətləndirib.

Müdafiə tərəfi hökmlə razı deyil və Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Xatırladaq ki, Hümbətov bu il avqustun 11-də saxlanılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) ilə ittiham olunub.

Əsasən Hümbətov Zirə kənd sakini Yamən Məmmədova bıçaqla zərbə vurmaqda ittiham olunub. Amma hüquq müdafiəçilərinin fikrincə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi onun ölkə rəhbərliyini sosial şəbəkələrdə tənqid etməsi olub.

Turanın məlumatında qeyd olunur ki, bir il öncə Aqil Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi.
Geri qayıt