Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycanın Demokratiya Sammitinə dəvət olunmamasıyla bağlı ABŞ Dövlət Departamenti nümayəndəsinin ŞƏRHİ
Azərbaycanın Demokratiya Sammitinə dəvət olunmamasıyla bağlı ABŞ Dövlət Departamenti nümayəndəsinin ŞƏRHİ18-11-2021, 14:00. |
Bayden Administrasiyası Demokratiya Sammiti - hökumət, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin "bütün dünyada demokratik yenilənməyə dəstək üçün birgə iş" məqsədilə ilk iclasını keçirməyə hazırlaşır. "Biz bu proses vasitəsilə demokratik institutlarımızı möhkəmləndirməyə, demokratiya ilə bağlı təhdidlərə qarşı vicdanla mübarizə aparmağa və ölkə daxilində və xaricdə ortaq dəyərlərimizə olan təhdidləri aradan qaldırmağa çalışırıq". Civilazerbaijan.com bildirir ki, bu barədə çərşənbə günü Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Uzra Zeya reprotyorlara söyləyib. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, Bayden ilk addım olaraq 9-10 dekabr tarixlərində keçiriləcək virtual sammintə dünya liderlərini və digər şəxsləri salamlayacaq. Bu forum liderlərin demokratiya ilə bağlı cari təhdidləri müzakirə etməsinə, demokratik yenilənmə üçün imkanları müəyyən etməsinə və öhdəlikləri, islahatları və təşəbbüsləri elan etməsinə imkan verəcək. Sammitdən sonra fəaliyyətlərin əlaqələndirilməsi və nəticə əldə olunması məqsədilə məsləhətləşmələr keçiriləcək, deyə Zeya bildirib. Vaşinqton sammit iştirakçılarına üç istiqamətdə konkret öhdəliklər götürməyi və onları yerinə yetirməyi təklif edir: 1. Avtoritarizmdən müdafiə; 2. Korrupsiyaya qarşı mübarizə; 3. Ölkə daxilində və xaricdə insan hüquqlarının təşviqi.[i][/i] "ABŞ da daxil olmaqla, heç bir demokratiya ideal deyil və Vaşinqton sammitə ölkə daxilində və xaricdə demokratiya qarşısında duran problemləri birlikdə dinləmək, öyrənmək və onlarla bağlı birgə fəaliyyət göstərmək imkanı kimi görür", deyə Zeya bildirib. "Bizi avtoritar ölkələrdən fərqləndirən cəhət problemlər haqqında açıq şəkildə danışmağımız, nöqsanlarımızı görməzdən gəlməməyimiz və onları ört-basdır etməyə çalışmamağımızdır", deyə o əlavə edib. Bəzi hüquq müdafiəçiləri sual veriblər ki, virtual tədbir dəvət olunanları real hərəkətlərə sövq edə bilərmi? Uzra Zeyanın sözlərinə görə, 2022-ci il ərzində iştirakçılar, o cümlədən ABŞ "götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər". "Biz 2022-ci il ərzində vətəndaş cəmiyyətinin monitorinqi də daxil olmaqla, fəaliyyətlərimizə yekun vurmaq imkanlarını axtaracağıq. Şəffaf, bərabərhüquqlu və çevik idarəetmə üçün fəallara, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti üzvlərinə ehtiyac var. Vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq sammitin məqsədlərinə nail olmaq üçün həddindən artıq vacibdir, buna görə biz hökumətlərin vədlərinin vətəndaşların həyatına müsbət təsir edəcəyinə zəmanət vermək üçün yerli liderlərə və ekspertlərə müraciət edirik", deyə o bildirib. "Araşdırmaçı jurnalist və ya korrupsiyaya qarşı mübarizə üzrə fəal olmasından asılı olmayaraq, vətəndaş cəmiyyəti demokratiya maraqlarının müdafiəsində mühüm rol oynayır. Bu, hökumətlərin hesabatlılığını artırmaq, o cümlədən sammit öhdəliklərini yerinə yetirmək üçün vacibdir". ABŞ KİV-lərində dərc edilmiş dəvət olunanların ilkin siyahısı tədbirin təkcə kamil demokratiyaları deyil, həm də demokratiyanın təhdid altında olduğu ölkələri bir araya gətirəcəyini göstərir. Turan-ın dəvətlilər siyahısının yekun siyahı olub-olmadığı, Azərbaycan kimi ölkələr üçün hələ vaxt olub-olmadığı barədə sualına cavabda Zeya qeyri-müəyyən şəkildə ABŞ-ın "möhkəmlənmiş və inkişaf etməkdə olan demokratiyaları" dəvət etdiyini bildirib. "Hökumətlərlə qarşılıqlı münasibətlərdə demokratiya və insan hüquqları gündəliyi yalnız bu Demokratiya Sammiti ilə məhdudlaşmır. Bizim çoxtərəfli sahədə müxtəlif regionlarda bütün dünya hökumətləri ilə tərəfdaşlıq üçün, bu gündəliyi təşviq etmək üçün bir çox imkanlarımız var", deyə o, qeyd edib. Geri qayıt |