Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Sərhədsiz Reportyorlar iki azərbaycanlı jurnalistin qətlə yetirildiyini bildirir
Sərhədsiz Reportyorlar iki azərbaycanlı jurnalistin qətlə yetirildiyini bildirir18-11-2021, 18:14. |
Sərhədsiz Reportyorlar (RSF - Reporters sans frontières) jurnalistlərin müdafiəsi təşkilatı 2021-ci ildə peşə vəzifəsini yerinə yetirərkən öldürülmüş jurnalistlərin siyahısını dərc edib. Siyahıda iki azərbaycanlı jurnalistin də adı var. Civilazerbaijan.com bildirir ki, bu barədə təşkilatın saytında məlumat verilib. Bildirilir ki, adları siyahıda keçən jurnalistlər "Azərtac" dövlət informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovdur. Hər iki reportyor iyunun 4-də Kəlbəcər rayonunda minaya düşərək həlak olub. Təşkilatın məlumatına görə, bu il dünya miqyasında ümumən 38 jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub. Geri qayıt |