Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Üst manşet > Mehriban Əfəndinin ”İmpressiya” əsəri Honkonqda yayımlanıb
Mehriban Əfəndinin ”İmpressiya” əsəri Honkonqda yayımlanıb24-11-2021, 18:23. |
Azərbaycan Respublikasının Əməkdar rəssamı Mehriban Əfəndinin ”İmpressiya” adlı əsəri Honkonqun "U Magazin" nəşrində Yaponiyaya dəstək layihəsi çərçivəsində beynəlxalq yaradıcı şəxslərlə birgə “Hope for Japon” adlı jurnalda dərc edilib. Civilazerbaijan.com bildirir ki, layihənin rəhbərləri məşhur Amerika rəssamı Mark Cheval və Avstraliya yazıçısı Boris Gildmandır. Jurnalda bir çox tanınmış yazıçı, şair və rəssamların əsərləri yayımlanıb. Jurnalın bu nəşrindən əldə olunan gəlir Yaponyada baş verən sunami və zəlzələlərin yaratdığı fəsadların aradan qaldırılmasın sərf olunacaq. Bu dəfəki yardım layihəsinin məqsədi insanların əhval-ruhiyyəsini incəsənətin vizual qüvvəsi ilə yüksəldərək dünyanı bürüyən təbii fəlakətlərin doğurduğu problemləri bir anlıqda olsa, unutdurmaq, ürəkləri ovundurmaqdır. Qeyd edək ki, buna qədər Mehriban Əfəndinin “İmpressiya” əsəri bir çox layihələrdə iştirakçı olub və Azərbaycanı dünyanın bir çox ölkələrində uğurla təmsil edib. Geri qayıt |