Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Daha 43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib
Daha 43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib26-11-2021, 19:44. |
2021-ci il noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin noyabrın 26-da yaydığı məlumatda deyilir. Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. Xatırladaq ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiyaüzrə İşçi Qrupu readmissiya olunan Azərbayucan vətəndşalarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirləri həyata keçirməlidir. Geri qayıt |