Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > ABŞ-dan Azərbaycan və Ermənistan arasında dialoqun bərpasıyla bağlı AÇIQLAMA
ABŞ-dan Azərbaycan və Ermənistan arasında dialoqun bərpasıyla bağlı AÇIQLAMA2-12-2021, 19:18. |
"ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpa edilməsini alqışlayır və tərəfləri hərbi əsirlər, minatəmizləmə, itkin düşmüş şəxslər problemi də daxil olmaqla, humanitar məsələləri həll etməyə, insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarını araşdırmağa çağırır". Civilazerbaijan.com bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Stokholmda ATƏT XİN başçıları Şurasının iclasında çıxış edərkən bəyan edib. O, ABŞ və Rusiyanın irəliləyişə nail olmaq üçün bu məsələdə əməkdaşlıq edə biləcəklərinə ümidini ifadə edib. Turanın məlumatına görə, daha sonra Blinken Bakı və Yerevanı sərhədin delimitasiyası və demarkasiyası prosesinə, habelə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasına başlamaq, "Qarabağ münaqişəsinin dinc həlli üçün" ATƏT-in Minsk Qrupu ilə işi davam etdirməyə çağırıb. Geri qayıt |