Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Azərbaycan noyabrın 16-da saxlanılan 10 erməni hərbçisini azad edib

Azərbaycan noyabrın 16-da saxlanılan 10 erməni hərbçisini azad edib


5-12-2021, 15:44.
title}


Azərbaycan dekabrın 4-də 10 erməni hərbçisini Ermənistan tərəfinə təhvil verib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə şənbə günü Azərbaycanıт Əsirlərlə İş üzrə Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, bu şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər istiqamətində həyata keçirdiyi “təxribat” zamanı saxlanılıblar.

Danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycanın işğaldan azad edilmiş digər ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib.

Dövlət Komissiyası minalanmış ərazilərin xəritələrinin alınmasında vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə minnətdarlığını bildirir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan tərəfi saxlanılan hərbçilərin müqabilində Füzuli, Ağdam və Cəbrayıl rayonlarının mina xəritələrini təqdim etmişdi.

Ermənilər tərəfindən bu dəfə hansı rayonların xəritələri verildiyi barədə məlumat verilmir.
Geri qayıt