Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Böyük Britaniyanın səfir müavinindən Azərbaycan ictimaiyyətinə ÇAĞIRIŞ - VİDEO

Böyük Britaniyanın səfir müavinindən Azərbaycan ictimaiyyətinə ÇAĞIRIŞ - VİDEO


10-12-2021, 17:18.
title}


Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filipp Barklay (Deputy Head of Mission, Azerbaijan Philip Barclay) Beynəlxalq İnsan Hüquqları Gününə (The International Human Rights Day) həsr olunmuş tədbirin iştirakçılarını yaxşı mənada təəccübləndirib.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 9-da Böyük Britaniya və Avropa İttifaqının səfirlikləri tərəfindən birgə təşkil edilmiş mərasimdə çıxış edən diplomat Azərnbaycanda insan hüquqlarının pozulması sahəsində bir sıra problemləri dəqiq şəkildə qeyd edib.

Diplomatın Azərbaycan dilində danışması da diqqətəlayiq olub.

O, Böyük Britaniya diplomatik missiyasının ailədaxili şiddət qurbanı olan Sevinc Məhərrəmovanın qətlini pisləyən iki bəyanatını xatırladıb.

Daha sonra o, səfirliyin siyasi məhbus Saleh Rüstəmova dəstək məqsədilə keçirilən etiraz aksiyasında polisin ictimai xadim Tofiq Yaqubluya qarşı zorakılığını pisləyən bəyanatından sitat gətirib.

O, həmçinin bu yaxınlarda valideynin iki övladına şiddət tətbiq etməsi faktını xatırladıb.

"Cəmiyyətdə niyə belə dəhşətli hadisələr baş verir, sosial xidmətlərimiz onların qarşısını necə ala bilər? Gələcəkdə belə hallara yol verməmək üçün nə etmək lazımdır? Biz bu çətin suallara cavab tapmalıyıq".

Turanın məlumatına görə, tədbir zamanı Avropa İttifaqının missiyası ictimai müsabiqənin insan hüquqlarının müdafiəsi mövzusunda videoçarxlar təqdim edən üç qalibini mükafatlandırıb.


Geri qayıt