Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Adil Qeybulla: Saleh Rüstəmov aclığı dayandırıb

Adil Qeybulla: Saleh Rüstəmov aclığı dayandırıb


16-12-2021, 15:34.
title}


41 gündür aclıq edən siyasi məhbus Saleh Rüstəmovun komaya düşdüyü barədə məlumat doğru deyil.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan Agentliyinə dekabrın 16-da Saleh Rüstəmova baş çəkən həkim Adil Qeybulla məlumat verib.

O, həmçinin Saleh Rüstəmovun aclığı dayandırdığını bildirib.

"Ailə üzvlərinin, yaxınlarının və ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq, o, aclığı dayandırıb", deyə Qeybulla qeyd edib.

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir, dekabrın 13-dən isə quru aclığa başlayıb.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, həmçinin yerli ziyalı, jurnalist və hüquq müdafiəçiləri Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib. Müraciətlərə hələlik müsbət cavab verilməyib.

Şəxsi həkimi Saleh Rüstəmovun vəziyyətinin kritik olduğunu bildirib.
Geri qayıt