Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Qarabağdakı rus sülhməramlılarına yeni komandir təyin edilib?

Qarabağdakı rus sülhməramlılarına yeni komandir təyin edilib?


11-01-2022, 14:39.
title}


Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə çərşənbə axşamı Ermənistan KİV-ləri sülhməramlıların komandanlığına istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, komandir dəyişikliyi plan üzrə rotasiya çərçivəsində həyata keçirilir.

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandir müavini olub. Həmin vaxt sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edirdi.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisidir.

Turanın xəbərində qeyd olunur ki, 2021-ci ilin sentyabrından Qarabağdakı sülhməramlı kontingentin komandiri vəzifəsini general-leytenant Gennadi Anaşkin tutur.
Geri qayıt