Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Britaniyada deputat Cavanşir Feyziyevin 5,6 milyon funt sterlinqi müsadirə edilib

Britaniyada deputat Cavanşir Feyziyevin 5,6 milyon funt sterlinqi müsadirə edilib


31-01-2022, 19:31.
title}


Azərbaycanlı deputat Cavanşir Feyziyevin ailəsinə məxsus olduğu bildirilən ümumilikdə 5,6 mln. funtluq hesaba həbs qoyulub.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə məlumatı Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA) yanvarın 31-də dərc edib.

"Cinayətkarlığa qarşı mübarizə üzrə Milli Agentliyin bank hesablarında olan pulun mənşəyini araşdırmasından sonra milyonlarla funt müsadirə edilib. Müstəntiqlər Böyük Britaniyada Azərbaycan parlamentinin fəaliyyətdə olan deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus hesablarda 5,6 mln. funt sterlinqin müsadirəsi üçün order verilməsinə müvəffəq olublar", deyə press-relizdə bildirilir.

Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. Müstəntiqlər vəsaitin Estoniya və Latviyadan saxta şirkətlər vasitəsilə yuyulduğunu hesab edirlər. Bu köçürmələrin bir hissəsi əməliyyatın qanuniliyini təsdiq edən müqavilələrlə müşaiyət olunub. Amma Londonun Vestminster məhkəməsində üç həftə davam edən prosesdən sonra hakim Con Zani bildirib ki, "bu sənədlərin tamamilə saxta olduğunun və əsas pulların yuyulmasını ört-basdır etmək üçün hazırlandığının təkzibolunmaz dəlilləri var".

Turanın məlumatında qeyd olunur ki, dondurulmuş vəsaitin ümumi məbləği 15,3 mln. funt sterlinq təşkil edib, onun üçdə birini - 5,6 mln. funt sterlinqini məhkəmə müsadirə edib.

Hakimiyyət araşdırmaya başladıqda və hesablar dondurulduqda Feyziyevin nümayəndəsi NCA-nın pulların qanunsuz mənşəyi haqqında bütün iddialarını təkzib edib, ittiham tərəfin bütün dəlillərini isə əsassız adlandırıb.
Geri qayıt