Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Reportyor Fatimə Mövlamlı polisdə döyüldüyünü bildirib
Reportyor Fatimə Mövlamlı polisdə döyüldüyünü bildirib15-02-2022, 17:56. |
Reportyor Fatimə Mövlamlı bu gün Bakının Səbayel rayon 9-cu polis bölməsində döyüldüyünü söyləyib. CivilAzerbaijan.com bildirir ki, Fatimə Mövlamlı və Sevinc Sadıqova Prezident Administrasiyası qarşısında etiraz aksiyasının işıqlandırılması zamanı saxlanılıb və polisə aparılıb. "Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar", - o deyib. Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını "əsassız" adlandırıblar. Xatırladaq ki, Fatimə Mövlanlı frilanserdir, müxtəlif sayt və KİV ilə əməkdaşlıq edir. Geri qayıt |