Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Yük avtomobillərinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb

Yük avtomobillərinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb


17-02-2022, 13:44.
title}


Fevralın 17-də səhər dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıblar, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.

CivilAzerbaijan.com
bildirir ki, sürücülər Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz ediblər.

Maşınlardan birinin üstündə yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Bir müddət sonra Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər nəticəsində yol açılıb.

Yerli KİV-in məlumatına görə, hadisədən dərhal sonra Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev təcili iclas keçirib.

Bildirilir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
Geri qayıt