Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycan Xocalı faciəsinin 30-cu ildönümünü qeyd edir

Azərbaycan Xocalı faciəsinin 30-cu ildönümünü qeyd edir


26-02-2022, 14:41.
title}


Azərbaycanda bu gün Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilir.

CivilAzerbaijan.com
bildirir ki, 1992-ci il fevralın 26-na keçən gecə birləşmiş erməni və sovet silahlı qüvvələri Qarabağın Xocalı şəhərinin sakinlərini gülləbaran edib.

2020-ci ilin payızında 44 günlük müharibədən və erməni ordusu darmadağın edildikdən sonra azərbaycanlılar bu kədərli tarixi başqa hisslərlə qeyd edirlər. Azərbaycan cəmiyyəti müharibədən sonra imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Qarabağın tamamilə işğaldan azad edilməsini gözləyir.

Xocalı soyqırımdan bir neçə gün öncə - 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində uşaqlar, qadınlar və qocalar daxil olmaqla, 67 dinc sakin xüsusi amansızlıqla öldürülüb. Bununla qane olmayan silahlı ermənilər və sovet ordusunun 366-cı alayının hərbçiləri fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edib, orada 613 nəfəri öldürüblər.

Həlak olanlar arasında 63 uşaq, 106 qadın, 70 yaşlı var.

8 ailə tamamilə məhv edilib;

25 uşaq hər iki valideynini itirib;

130 uşaq bir valideynini itirib;

487 nəfər (76 uşaq) yaralanıb;

1275 nəfər girov götürülüb;

150 nəfər itkin düşüb.


O vaxtdan Azərbaycan "Xocalıya ədalət" ümumdünya kampaniyasını həyata keçirir, baş vermiş soyqırımı bəyan edir. Xocalı qırğını on ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 ştatında tanınıb. Bu faciənin tanınmasını müxtəlif formada ifadə edən ölkələrin sayı hər il artır.
Geri qayıt