Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Manşet > Joe Biden Azərbaycanla əməkdaşlığın prioritetlərini AÇIQLADI

Joe Biden Azərbaycanla əməkdaşlığın prioritetlərini AÇIQLADI


21-03-2022, 15:10.
title}


Amerika Birləşmiş Ştatlarının Prezidenti Joe Biden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

CivilAzerbaijan.com
bildirir ki, ABŞ Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Məktubda deyilir: “ Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.
Geri qayıt