Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edilib

Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn edilib


28-03-2022, 14:59.
title}


Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda torpağa tapşırılıb.

CivilAzerbaijan.com
bildirir ki, dəfn mərasimində dövlət rəsmiləri, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, martın 28-də axşam müstəqil Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

Kommunist Partiyasının keçmiş funksioneri Ayaz Mütəllibov SSRİ-nin dağılması dövründə böyük siyasətə addım atıb. Həmin dövrdə o, növbə ilə Azərbaycanın hökumət başçısı (1989-1990-cı illər), Kommunist Partiyası MK-nin Birinci Katibi (yanvar-may 1990), Azərbaycan prezidenti (1990-1992) vəzifələrini tutub.

Bu illər Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsində kuliminasiya dövrü oldu, ermənilər müstəqilliklərini və Azərbaycanın tərkibindən çıxdıqlarını bəyan ediblər.

Bakı və Moskva arasında münasibətlərin pisləşməsi, Kremlin erməniləri dəstəkləməsi və Xalq Cəbhəsinin şəxsində müxalifətə təzyiq Qarabağda ciddi itkilərə və Mütəllibovun mövqeyinin zəifləməsinə gətirib çıxarıb.

1992-ci il martın 6-da Xalq Cəbhəsinin təzyiqi ilə və Qarabağda hərbi uğursuzluqlar fonunda Mütəllibov istefa verib.

Mayın 14-də Ali Şuranın sessiyasında deputatlar Mütəllibovun hakimiyyətə qayıtmasının lehinə səs veriblər. Növbəti gün müxalifət ümummilli mitinqə başlayıb və faktiki olaraq Mütəllibovu devirib.

Sonrakı illərdə Mütəllibov Moskvada mühacirətdə yaşayıb. Bakıda ona qarşı 1990-cı ildə Bakıda yanvar faciəsinin törədilməsi ittihamı ilə cinayət işi açılıb.

Azərbaycan hakimiyyəti dəfələrlə onun təhvil verilməsini tələb edib, amma Moskva bunu etməyib.

2002-ci ildə Mütəllibova qarşı 2001-ci ilin payızında dövlət çevrilişi təşkil etmək ittihamı ilə yeni cinayət işi açılıb.

10 il sonra ona qarşı münasibət yumşalıb və hakimiyyət Mütəllibovun oğlunun dəfnində iştirak etmək üçün Bakıya qayıtmasına icazə verib.

2012-ci ildə Mütəllibov siyasətdən getdiyini elan edib, onun ölkəyə qayıtmasına icazə veriblər, Azərbaycan parlamenti isə eks-prezidentə cinayət təqibinə qarşı immunitet verən qanun qəbul edib.

Sonrakı illərdə Mütəllibov daxili siyasi problemlərlə bağlı şərh verməməyə çalışıb və Azərbaycan hakimiyyətinə qarşı loyallıq nümayiş etdirib.
Geri qayıt