Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Rusiya sülhməramlıları erməni deputatların Qarabağa daxil olmasına icazə verməyib

Rusiya sülhməramlıları erməni deputatların Qarabağa daxil olmasına icazə verməyib


12-04-2022, 21:13.
title}


Ermənistan parlamentinin müxalifəti təmsil edən 17 deputatı aprelin 12-də Qarabağa buraxılmayıb.

Civilazerbaijan.com
bildirir ki, Rusiya sülhməramlıları onları Laçının girəcəyində saxlayıblar.

Zabux kəndində bir neçə saat dayandıqdan sonra onları qarşılamağa gələn Qarabağın “parlament üzvləri” söhbət edə bilib.

Qeyd edək ki, İrəvandan gələnlərə hərbi cinayətkar, Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladlarından biri Seyran Ohanyan başçılıq edir.

Erməni mətbuatının yazdığına görə, Robert Köçəryanın tərəfdarları və İrəvandan gələn daşnaklar Qarabağda hansısa tədbir təşkil etmək niyyətində olublar. Bu aksiyanın məqsədi Qarabağın müstəqilliyi uğrunda mübarizəyə dəstək olmaq idi.

Turanın xəbərində qeyd olunur ki, görünür, deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb.
Geri qayıt