Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azersun Sənaye Parkındakı yanğında xəsarət alanların sayı məlum olub

Azersun Sənaye Parkındakı yanğında xəsarət alanların sayı məlum olub


29-04-2022, 16:39.
title}


Aprelin 28-də “Azersun Sənaye Parkı”nda baş verən yanğında xəsarət almış 9 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Civilazerbaijan.com
bildirir ki, məlumatı TƏBİB yayıb.

Bildirilir ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

“Yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”, – məlumatda qeyd olunub.

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye Parkı" kompleksinin ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi qaldırılıb. Bu barədə isə Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-in müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.
Geri qayıt