Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Tələbə Güc Mərkəzindən Təhsil Nazirliyinin qarşısında ETİRAZ AKSİYASI

Tələbə Güc Mərkəzindən Təhsil Nazirliyinin qarşısında ETİRAZ AKSİYASI


5-05-2022, 17:00.
title}


Mayın 5-də Tələbə Güc Mərkəzi təşkilatı Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Civilazerbaijan.com
bildirir ki, etirazçılar "Çayxana deyilsiz, fəaliyyət göstərin!" plakatı qaldıraraq təhsildəki problemlərin həll edilməsini tələb edib.

Aksiya iştirakçıları, həmçinin məktəblərdə ana dilində təhsil və universitetlərdə rektorun seçki yolu ilə təyin edilməsini, rüşvət halları olan universitetlərin rəhbərlərinin məsuliyyətə cəlb etməsini tələb edib.

İştirakçılardan biri deyib ki, problemlərlə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etsələr də, heç bir addım atılmayıb.

Aksiya iştirakçıları Təhsil Nazirliyinə qəbula dəvət edilib.

Aksiyanın bəyanatında deyilir ki, Azərbaycan universitetlərində və təhsil sistemində despotiya hökm sürür.

"Təhsil Nazirliyi və dövlətdən tələb edirik: dövlət universitetlərində pulsuz təhsil təmin olunsun, eyni zamanda təhsilin keyfiyyəti artırılsın, tələbələrin problemləri həll edilsin, tələbələrin iqtisadi problemlərini nəzərə alaraq yaşam təqaüdü tətbiq edilsin, yataqxana problemi həll edilsin, universitetlərdə bulldinq və diskriminasiya halları şəffaf şəkildə araşdırılsın, tələbələrin siyasi baxışlarına, fərqli mövqeyinə, dininə, cinsinə və oriyentasiyasına görə ayrı-seçkiliyə son qoyulsun," sənəddə qeyd edilir.

Amerikanın Səsinin xəbərində qeyd olunur ki, Təhsil Nazirliyi etirazçıların tələblərinə hələ münasibət bildirməyib.
Geri qayıt