Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > Dövlət Komitəsi özü satıb, özü yeyir: atadan oğula bağışlanan tender

Dövlət Komitəsi özü satıb, özü yeyir: atadan oğula bağışlanan tender


13-05-2022, 00:56.
title}


"Korrupsiya işğaldan azad edilmiş ərazilərə də sıçrayıb"

Dövlət vəsaitlərinin "vaxt məhdudluğu" bəhanəsilə özəl şirkətlərə müsabiqəsiz verilməsi bir qayda olaraq korrupsiyaya yol açır.

Civilazerbaijan.com bildirir ki, Arqument.az xəbərinə görə, bunu araşdırmaçı jurnalist Hafiz Babalı "Feysbuk" hesabında yazıb.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirmə işləri də bu kontekstdə istisna deyil: "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qurumlarından biri ermənilərin dağıtdığı kəndlərdən birinin bərpası üçün şəhərsalma əsaslandırılmasının hazırlanmasını "Feniks-AA" MMC-yə həvalə edib. Tender və başqa müsabiqəli satınalma proseduru keçirmədən. Birbaşa müqavilə ilə. Məlum məsələdir ki, müvafiq dövlət qurumu "təcili" olmasını əsas götürüb, birbaşa müqavilənin imzalanmasına dərkənar qoyub".

Jurnalist deyir ki, tender verilən şirkət həm də Komitə sədrinin müavininin oğluna məxsusdur: "Amma Komitəyə bunu da bağışlamaq olardı. Bəs haqqında danışdığımın bu şirkətin rəhbəri Komitənin sədr müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıdırsa, onda necə? Ölkədə bu qədər layihə institutu, özəl layihə şirkəti varkən, müqavilə niyə İlqar İsbatovun özünün də bir vaxtlar direktoru olduğu "Feniks-AA" şirkətinə verilsin? Bu xəttin özü şirkətin İsbatovlara məxsusluğuna dəlalət edir. Göründüyü kimi, ölkənin digər yerlərində dərin kök salmış korrupsiya işğaldan azad edilmiş ərazilərə də sıçrayıb".

Arqument.az-a verilən məlumata görə, bu tender Şuşanın Daşaltı kəndinin təkintisi ilə bağlıdır.

"Dövlət satınalmaları haqqında" Qanunda dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması məsələləri və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi halları konkret göstərilib.

Ona görə də atanın yüksək vəzifədə çalışdığı qurumun tenderləri oğula ötürülməsi "Dövlət satınalmaları haqqında" Qanuna ziddir.

Ekspertlər hesab edirlər ki, bu, qanun pozuntusudur və tenderin ləğv edilməsi üçün ciddi əsaslar var.
Geri qayıt