Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın Brüsseldəki üçtərəfli görüşü necə yekunlaşdı

Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın Brüsseldəki üçtərəfli görüşü necə yekunlaşdı


23-05-2022, 16:55.
title}


Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla bazar günü keçirilən görüşü yekun sənəd qəbul edilmədən başa çatıb.

Civilazerbaijan.com
Turan İnformasiya Agentliyinə istinadla bildirir ki, görüş başa çatdıqdan sonra Azərbaycan və Ermənistan liderləri hələlik heç bir bəyanat və şərh verməyiblər.

Mişelin görüşün yekunlarına dair bəyanatından nəticə çıxarsaq, aşağıdakıları qeyd etmək olar:

- Tərəflər sərhədin demarkasiyası və kommunikasiyaların açılması məsələsini həll etmək niyyətlərini təsdiq ediblər. Bu, Ermənistan müxalifətinin fəal şəkildə qarşı çıxdığı bəndlərdən biri idi. Yəni Paşinyan Azərbaycanla sərhədləri tanıyacağını və Ermənistandan keçən kommunikasiyaları açacağını göstərib. Əslində bu, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi deməkdir. Hər iki amil, Ermənistan müxalifətinin fikrincə, yolverilməz amillər siyahısındadır.

Bəyanatda qeyd edilir ki, sərhədləri idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq rüsumları, habelə gömrük qaydaları beynəlxalq daşımalar kontekstində həyata keçiriləcək. Ermənistan və Qarabağ arasında əlaqələr xüsusi olaraq müəyyən edilməyib. Bu, o deməkdir ki, Qarabağa gələn Ermənistan vətəndaşları, eləcə də Naxçıvana gedən Azərbaycan vətəndaşları Laçında gömrük və sərhəd nəzarətindən keçəcəklər.

- Tərəflər sülh müqaviləsi bağlamağa hazır olduqlarını təsdiq ediblər, Ermənistan müxalifəti buna da qarşı çıxır.

Mişelin bəyanatında Qarabağ amili yalnız "Qarabağın etnik erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin həll edilməsi zərurəti haqqında tezis" formasında mövcuddur.

Beləliklə, yekun sənəddə də Qarabağın statusu məsələsi yoxdur.

Deyilənləri ümumiləşdirərək, Bakının daha əvvəl əldə etdiyi diplomatik uğurları möhkəmləndirdiyini, Yerevanın isə onları yerinə yetirəcəyini təsdiq etdiyini hesab etmək olar.

Görüş başlayana qədər Yerevanda rəsmi şəxslər bütün yuxarıda qeyd edilən bəndləri gündəliyə daxil etməyi tələb edirdilər. Brüssel görüşündə bütün bu tələblərin qaldırıldığı şübhə doğurmur, amma onlar Avropa Şurasının rəhbərinin dəstəyini almayıb.

Avropa İttifaqı Qarabağda sülh prosesinin tamhüquqlu iştirakçısı olduğunu, Rusiyanın isə yeganə moderator olmadığını təsdiq edib - bu da Brüssel görüşünün daha bir mühüm məqamıdır.
Geri qayıt