Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Sabiq nazir Səlim Müslümov ev dustaqlığına buraxılıb

Sabiq nazir Səlim Müslümov ev dustaqlığına buraxılıb


26-05-2022, 14:34.
title}


Bakının Səbayel Rayon Məhkəməsi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirini dəyişib, səhhətilə əlaqədar ev dustaqlığına keçirilməsi barədə vəsatəti təmin edib.

Civilazerbaijan.com
bildirir ki, ötən həftə Müslümov istintaq təcridxanasından xəstəxanaya yerləşdirilib.

Müslümov bir il öncə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib. Ona qarşı ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri olduğu dövrdə törətdiyi cinayət əməllərinə görə ittiham olunur.
Geri qayıt