Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycan əsgərinin qeyri-döyüş şəraitində öldüyü bildirilir - FOTO

Azərbaycan əsgərinin qeyri-döyüş şəraitində öldüyü bildirilir - FOTO


28-05-2022, 09:41.
title}


Azərbaycan Ordusunun əsgəri Mehralı Məmmədovun mayın 27-də qeyri-döyüş şəraitində aldığı xəsarətlərdən vəfat etdiyi deyilir.

Civilazerbaijan.com
bildirir ki, Kəlbəcər rayonunda müddətli həqiqi hərbi xidmət edən 2003-cü il təvəllüdlü Mehralı Məmmədovun Tovuz rayonunun Öksən kəndindən olduğu bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Mehralı Məmmədovu tikinti işlərinə cəlb ediblər:

“Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün əsgər vəfat edib”.

Müdafiə Nazirliyi APA-nın sorğusuna cavab verib ki, əsgərin ölümüylə bağlı araşdırma aparılır.


Geri qayıt