Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Şəmkir rayonunun vəzifəli şəxsləri həbs olunub

Şəmkir rayonunun vəzifəli şəxsləri həbs olunub


6-06-2022, 13:51.
title}


Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov həbs olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, vətəndaşın müraciəti əsasında əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərov müxtəlif adamların vəzifəyə təyin olunması, idarənin balansında olan klubların ixtisar edilməməsi üçün son 6 ayda ümumilikdə 102 min manat rüşvət almaqda şübhəli bilinir.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslər barəsində məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. Onların ittihamları qəbul edib-etmədikləri məlum deyil.
Geri qayıt