Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycan ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozurmu? - ABŞ səfirindən AÇIQLAMA
Azərbaycan ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozurmu? - ABŞ səfirindən AÇIQLAMA9-06-2022, 13:28. |
"Azərbaycan Ukraynaya qarşı hərbi təcavüzə görə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmur". Civilazerbaijan.com bildirir ki, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger tətbiq edilən sanksiyaların Azərbaycan üçün riskləri, Bakı və Moskva arasında sıx iqtisadi və siyasi münasibətləri nəzərə alaraq, bu sanksiyaların pozulması halları ilə bağlı sualları cavablandırarkən deyib. ABŞ və digər Qərb dövlətlərinin Ukraynaya təcavüzündən sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyanı iqtisadi cəhətdən zəiflətmək məqsədi daşıyır. “Biz başa düşürük ki, region ölkələri onlara qarşı sanksiyaların gözlənilməz təsirləri ehtimalından çox narahatdır. Biz Bakıda hakimiyyətlə dialoq aparırıq, sanksiyaların hansı nəticələrinin ola biləcəyini və bu narahatlıqların aradan qaldırılması üçün hansı tədbirlərin görülə biləcəyini müzakirə edirik”, - səfir deyib. Bakı tərəfindən sanksiyaların pozulması hallarının olub-olmaması barədə dəqiqləşdirici sualın cavabında səfir deyib: “Biz sanksiyaların hər hansı pozuntusunu müşahidə etmədik. Azərbaycan öz iqtisadi siyasətində kifayət qədər şəffafdır”. Azərbaycanın digər qonşusu İrana da ABŞ sanksiyaları tətbiq edilib və burada da bütün məsələlər müzakirə olunur və problem yaranarsa həll edilir”, - diplomat bildirib. Geri qayıt |