Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Sergey Lavrovdan Rusiya, Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMALAR

Sergey Lavrovdan Rusiya, Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMALAR


24-06-2022, 16:50.
title}


Prezident Əliyevlə görüş güvənli və səmimi keçib. Rusiya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Tərəflər müxtəlif sahələrdə yeni ikitərəfli sazişlər paketi üzərində işləyir. Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin açılmasına xüsusi əhəmiyyət verilir.


Civilazerbaijan.com
bildirir ki, bu barədə cümə günü Bakıda keçirilən brifinqdə RF XİN başçısı Sergey Lavrov bəyan edib.

O, həmçinin bildirib ki, iyunun 24-də tərəflər informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Qarabağ mövzusundan danışan Lavrov qeyd edib ki, kommunikasiyaların açılması üzrə üçtərəfli komisisyanın son görüşü məhsuldar olub. Ermənistan və Azərbaycan arasında dəmir yolu və avtomobil yolu tikintisi məsələsində "əhəmiyyətli irəliləyiş" olduğunu deyən Lavrov əlavə edib ki, Rusiya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdırlar.

Ukraynadakı müharibəyə toxunan Lavrov bildirib ki, prezident Əliyevlə görüşündə Ukraynadakı əməliyyatın gedişatı haqqında qiymətləndirmələrini bölüşüb. "Azərbaycanın bu məsələ üzrə tarazlaşdırılmış mövqeyini yüksək qiymətləndiririk", deyə o qeyd edib.

Öz növbəsində, Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlarla bağlı vəziyyətin qiymətləndirilməsində ehtiyatlı nikbinlik mövcuddur. "Bir il əvvəlki vəziyyətlə müqayisədə irəliləyişlər var və biz Rusiyanın Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasındakı rolunu yüksək qiymətləndiririk", deyə Bayramov qeyd edib.

Nazirlər həmçinin Rusiyada və Azərbaycanda bəzi KİV-lərin bloklanması məsələsi ilə bağlı şərh veriblər. Lavrovun sözlərinə görə, tərəflərin bu məsələlərlə bağlı məsləhətləşmələri davam etdiriləcək və onlar hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir.

Öz növbəsində, Bayramov bu məsləhətləşmələrin olduğunu təsdiq edib və vəziyyətin qarşılıqlı maraqlar nəzərə alınmaqla tənzimlənəcəyinə ümid etdiyini bildirib, Turanın məlumatında qeyd olunur.
Geri qayıt